"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Biləcəridə 1000 yaxın evi su basıb”-bələdiyyə sədri

--2016-10-20 / 20:46

Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin Belediye.infoya açıqlamasında son günlər şəhərə yağan güclü  yağışlardan sonra bəzi ərazilərin su basmasına münasibət bildirib.

Qeyd edək ki, güclü yağışlar nəticəsində Biləcəri  qəsəbəsi M.S.Ordubadi, M. Fizuli, Məlikaslanov və Yeni yaşayış massivində 1000 yaxın mənzilin su basması müşahidə olunub.

Belə çətin və ağır günlərdə  bələdiyyə olaraq daim 24 saat sakinlərimizin yanında olmaqla xüsusi matorlar vasitəsiylə sakinlərin evinə dolmuş suları çəkməkdə davam edirik.

Həmçinin FHN müvafiq qurumlarının təmsilçilərini dəvət etmişik, onlarda bizə kömək edir, əlavə matorlarla  ərazidəki sular çəkilir. Bu işdə Binəqədi Rayon icra Hakimiyyəti də yaxından iştirak edir.

Su basmanın səbəblərinə toxunan sədr bildirib ki, subasma Xırdalan-Böyükşor kollektorunun daşması nəticəsində baş verir. Yenisinin tikilməsi haqqında dövlət proqramı var və orada da artıq neçə ildir iş gedir, yeni  kollektorun tikintisi yəqin ki yaxın illərdə başa çatdırılacaqdır. Yalnız yenisinin istifadəyə verilməsindən sonra bu tipli təbii fəlakətlərin qarşısı alınacaqdır.

Belediyye.info

ŞƏRHLƏR